İtaliyada avtonom rejimdə idarə olunan, eyni zamanda, 14 sərnişin tutumlu avtomobilin
sınaq sürüşlərinə başlanılıb.
Rezonans.az xəbər verir ki, Turin şəhərində keçirilən sınaqlar uğurlu olarsa, avtomobil 2 kilometrlik xətt üzrə sərnişin daşıyacaq.
Elektriklə işləyən sürücüsüz avtomobilin uzunluğu 5 metr, eni isə 2 metrdir. Nəqliyyat vasitəsi saatda 25 kilometr sürətə çata bilir, 9 saata qədər işləyir.
Fransa şirkəti tərəfindən istehsal olunan avtomobil şəhər nəqliyyatında istifadə ediləcək.










