Ukrayna limanlarından 622 min ton taxıl daşınıb

img

Taxıl sazişinin reallaşmağa başladığı avqustun 1-dən bəri Ukraynadan 622 min tondan çox ərzaq ixrac edilib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

 

“Avqustun 1-dən indiyədək taxıl ixracına 43 gəmi cəlb olunub, onlardan 25-i Ukrayna limanlarını tərk edib, 18-i isə yüklənmək üçün limanlara yola düşüb. Ümumilikdə Ukrayna limanlarından 622 min tondan çox taxıl ixrac edilib”, - deyə məlumatda qeyd olunub.

Xəbəri paylaş: