Britaniyalı nazir Putinlə görüşdən imtina etdi

img

Böyük Britaniyanın xarici işlər naziri və baş nazir postuna namizədi Liz Truss Rusiyanın noyabrda İndoneziyada keçiriləcək G20 sammitində iştirakına dair fikrini dəyişib.


Rezonans.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 

Məlumata görə, Böyük Britaniyanın xarici işlər naziri Truss hesab edir ki, Rusiyanın G20-də iştirak etməyə mənəvi haqqı yoxdur.


Maraqlıdır ki, Liz Truss bundan əvvəl krallığın baş naziri və Mühafizəkarlar Partiyasının rəhbəri postuna seçiləcəyi təqdirdə G20 çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirmişdi.


Bundan əvvəl baş nazirliyə digər namizəd və Britaniya Xəzinədarlığının keçmiş rəhbəri Rişi Sunak Rusiya liderini G20 sammitinə buraxmamağa çağırmışdı. Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən G20 ölkələri "Putinin davranışı ilə bağlı kollektiv məsuliyyət daşıyırlar".

Mart ayında ABŞ prezidenti Co Bayden Rusiyanı G20-dən kənarlaşdırmağa çağırıb. O, təşkilatın bütün üzvlərindən belə bir qərara dəstək olmasa da, Amerika tərəfinin bunu dəstəkləyəcəyini bəyan edib.

Xəbəri paylaş: