Kiyevdə məhv edilmiş Rusiya hərbi texnikasının “paradı” keçirilib.
Rusiya işğalçı qüvvələrinin məhv edilmiş avtomobilləri, zirehli texnikası və digər silahları şəhərin mərkəzi küçəsi Xreşatikdə yerləşdirilib.
Bu barədə Rezonans.az-a Kiyevdə yaşayan həmyerlimiz, PLATFORM4.NEWS saytının təsisçisi Qulu İbrahimov bildirib.
Kiyevlilər və paytaxtın qonaqları Ukraynanın şəhər və kəndlərini yerlə-yeksan etmiş, işğalçı Rusiyanın məhv edilmiş hərbi texnikalarını öz gözləri ilə görə biliblər.










