Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verdi

img

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə xalqına başsağlığı verib.

 

Rezonans.az  xəbər verir ki, spiker bu barədə tviter hesabında yazıb.

 

“Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində həlak olanların ailələrinə, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirəm”, - paylaşımda deyilir.

 

Qeyd edək ki, dünən Mardində baş vermiş qəza nəticəsində 20 nəfər həyatını itirib, 26 nəfər isə yaralanıb. 

Xəbəri paylaş: