Ermənilər Zabuxda daha bir evi yandırdılar

img

Laçın rayonunun Zabux kəndini tərk edən daha bir erməni yaşadığı evi yandırıb.

 

Rezonans.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

 

Görüntüdə yaşlı erməninin tərk etdiyi mənzilə od vurması əksini tapıb. 

 

Xatırladaq ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilərin çıxarılması üçün avqustun sonu - sentyabrın əvvəlinədək vaxt verilib. Bu səbəblə ermənilər köçdükləri ərazilərdəki meşələri və şəxsi mənzilərini yandırırlar.

 

Xəbəri paylaş: