Ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçir

img

Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.

 

Bu barədə Rezonans.az-Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçiblər.

Xəbəri paylaş: