Gürcüstan unun 99 faizini Rusiyadan alır

img

Gürcüstan cari ilin birinci yarısında istehlak etdiyi unun 99 faizini, buğdanın isə 86 faizini Rusiyadan alıb.

 

Rezonans.az xəbər verir ki, Rusiya Gürcüstanın un və taxıl tədarükündə yeganə monopolist ölkə statusuna yiyələnib.

 

Rəsmi statistikaya əsasən, yanvar-iyul ayları ərzində Gürcüstan Rusiyadan 17 milyon ABŞ dolları dəyərində 48,3 min ton buğda alıb. Bu dövrdə Gürcüstana 36,2 milyon dollar dəyərində 95,725 min ton un gətirilib. Bunun da demək olar ki, 99 faizi Rusiyadan alınıb.

Xəbəri paylaş: