“Qardaş Türkiyənin Qaziantep və Mardin vilayətlərində baş vermiş, çoxlu sayda insanın ölümü və xəsarət alması ilə nəticələnən yol qəzaları ilə bağlı dərin təəssüf hissimizi bildiririk”.
Rezonans.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatı Katibliyinin bəyanatında bildirilir.
Qeyd olunub ki, təşkilat bu çətin prosesdə Türkiyə Cümhuriyyəti xalqı və hökuməti ilə həmrəydir:
“Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Allah qəza qurbanlarına rəhmət eləsin”.










