54 yaşlı kişinin başına beton düşdü

img

Sabirabadda başına beton düşən şəxs ölüb.

 

Rezonans.az APA-ya istinadən xəbər verir ki , hadisə Sabirabad rayonunun Qalağayın kəndində qeydə alınıb.

 

Həmin kəndin sakini, 1968-ci il təvəllüdlü Cəbrayılov Sahib Safadur oğlu metal qəbulu məntəqəsində olarkən başına beton parçası düşüb. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: