Ağcabədidə “Azərsu” ASC-nin 57 yaşlı əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb.
Rezonans.az APA-ya istinadən xəbər verir , hadisə rayonun məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbəsində baş verib.
Əslən Şuşa rayon sakini Qasımov Qırımxan Temur oğlunu iş prosesi zamanı elektrik cərəyanı vuraraq öldürüb.
Q.Qasımovun meyti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağcabədi şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayyət işi açılıb araşdırma aparılır.










