Türkiyə Rusiyadan neft alışını iki dəfə artırıb

img

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan neft alışını iki dəfədən çox artırıb.

 

Rezonans.az xəbər verir ki, Türkiyənin Rusiyadan xammal tədarükünü, “Urals” və “Siberian Light” markalı neftin tədarükünü gündə 200 min bareldən çox artırdığı bildirilir.

 

Məlumata görə, ötən ilin ilk 8 ayında Türkiyə gündəlik 98 min barel neft idxal edib. Bundan əlavə, ölkənin neft emalı zavodları Şimal dənizi, İraq və Qərbi Afrikadan neft alışını azaldıb.

Xəbəri paylaş: