Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində 820 nəfər həyatını itirib.
Rezonans.az xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakət İdarəetmə Agentliyi ( NDMA ) məlumat yayıb.
Məlumata görə, leysan yağışların səbəb olduğu daşqınlardan 1,8 milyon insan zərər çəkib.
Bəlucistan, Pəncab və Sind əyalətlərinin kənd yerlərində yardım və tibbi müdaxilə düşərgələri yaradılıb. Hazırda yaradılan yardım düşərgələrində 317 min 678 nəfər yaşayır.
Səlahiyyətlilər seldən zərər çəkmiş bölgələrə ərzaq, çadır və digər mühüm ləvazimatların verildiyini bildirir. Ölkə boyu 60 mindən çox evə ziyan dəyib.
Cənubi Asiyada iyun-sentyabr aylarında yağan təsirli musson yağışları hər il böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.










