Ukraynanın Hərbi Hava Qüvvələri Rusiyaya məxsus "Ka-52" helikopterini məhv edib.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
"Avqustun 24-ü gecə saat bir radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qüvvələrinin bölmələri şərq istiqamətində rus işğalçılarının "Ka-52" helikopterini demilitarizasiya edib", - məlumatda qeyd olunub.










