Pakistan nüvə başlığı daşıya bilən raketini sınaqdan keçirdi

Pakistan nüvə başlığı daşıya bilən raketini sınaqdan keçirdi

Pakistanda "Şahin-III" uzaqmənzilli ballistik raketi uğurla sınaqdan keçirilib.

Rezonans.az xəbər verir ki, sınaq buraxılışında ölkənin yüksək rütbəli zabitləri, alimlər və mühəndislər iştirak edib.

Nüvə başlığı daşımağa qadir olan yeni ballistik raket 2 750 kilometr məsafədəki hədəfə zərbə vura bilir.

Bu sinifdən olan ilk raketin sınağı 2015-ci ildə baş tutmuşdu.

Xəbəri paylaş: