Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşdü

Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşdü

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya müxalifətinin liderləri ilə görüşüb.

 

Rezonans.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında məlumat paylaşıb.

 

Nazir Milli Koalisiyanın prezidenti Salem Əl-Meslet, Danışıqlar Komissiyasının sədri Bedr Camus və Müvəqqəti hökumətin baş naziri Əbdürrəhman Mustafa ilə danışıqlar aparıb. Danışıqların detalları barədə açıqlama verilməyib.

Xəbəri paylaş: