Ruslar dəmir yolu stansiyasını vurdu - 22 ölü (YENİLƏNİB)

img

Rusiya ordusunun Dnepropetrovsk vilayətində sərnişin qatarına endirdiyi zərbə nəticəsində ölənlərin 22-yə çatıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski video müraciəti zamanı məlumat verib.

 

"Çaplino bugünkü ağrımızdır. Bu dəqiqəyə olan məlumata görə, (hücum zamanı -red) 22 nəfər ölüb, onlardan 5-i avtomobildə yanıb. Bir yeniyetmə ölüb, onun 11 yaşı var idi, evini Rusiya raketi dağıdıb", -  deyə o qeyd edib.

 

Zelenski vurğulayıb ki, hazırda dəmiryol vağzalında axtarış-xilasetmə əməliyyatları davam edir.

 

***

22:19

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətinə aviazərbələr endirib.

 

Rezonans.az xəbər verir ki, bu barədə UNIAN informasiya agentliyi məlumat yayıb.

 

Bildirilib ki, rusların atdığı raketlər vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına dəyib, nəticədə azı 15 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

 

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı təsdiqləyib.

Xəbəri paylaş: