Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycana və Türkiyəyə təşəkkür edib
Rezonans.az xəbər verir ki, nazir bu barədə Borjomi rayonunda meşə yanğının söndürülməsindən danışarkən deyib.
Onun sözlərinə görə, yanğının lokallaşdırılması hava şəraitindən asılıdır:
"Bu gün aviasiyaya üç təyyarə əlavə edilib. Bunun üçün Türkiyə tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm. Helikopterlər səhər saatlarından işləyir, lakin güclü külək səbəbindən bir neçə saat işləyə bilməyiblər. Aviasiya isə mümkün olan ən yüksək səviyyədə işləyirdi və nəticədə göz qabağındadır, yanğının mənbəyi, yayılma sahəsi azalıb".
Qomelauri, eyni zamanda Azərbaycana təklif edilən yardıma görə təşəkkür edib: "Mən Azərbaycan tərəfinə, dostlarımıza təşəkkür etmək istəyirəm".
Nazir onu da qeyd edib ki, yanğının Bakı-Ceyhan boru kəmərinə yaxınlaşması təhlükəsi yolxdur.










