
Avropada təbii qazın qiyməti 1000 kubmetr üçün 3100 dollar həddini keçib.
Rezonans.az xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.
Məlumata əsasən, Niderlandın TTF habında sentyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 3112 dollar təşkil edib.
Avropada qazın tarixi maksimum qiyməti 2022-ci il martın 7-də qeydə alınıb, həmin vaxt aprel fyuçersləri üçün qiymət 3898 dollar müəyyən edilib.