Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi milli istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi ilə əlaqədar olaraq "Vətən sevgisi ilə döyünən ürək" adlı tədbir həyata keçirib.
Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Bəxtiyar Vəliyev şairin həyat və yaradıcılığı haqqında geniş mövzuda çıxış etmişdir. Natiq Əhməd Cavad yaradıcılığında vətən sevgisi, Türk dünyasına qarşı böyük ehtiram və məhəbbətin tərənnümündən söz açmışdır.
Daha sonra Qəbələ şəhər 4 saylı tam orta məktəbin VIl sinif şagirdləri və şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdləri Əhməd Cavadın "Susmaram" şeirini səsləndirərək tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.
Həmçinin tədbir iştirakçıları 1937-ci il repressiya qurbanı olan Azərbaycan ziyalılarının həyat və fəaliyyəti haqqında geniş mövzuda çıxışlar etmişlər.










