Rusiyanın daha 150 hərbçisi MƏHV EDİLDİ

Rusiyanın daha 150 hərbçisi MƏHV EDİLDİ

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya ordusunun 150 hərbçisini məhv edib. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 850-yə çatıb.

 

Rezonans.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində paylaşıb.

 

Ukrayna müdafiəçiləri indiyədək Rusiyanın 1929 (+5) tankını, 4245 (+2) zirehli döyüş maşınını, 1037 (+1) artilleriya sistemini, 272 (+6) MLRS sistemini, 148 (+1) hava hücumundan müdafiə sistemini və aviasiyasını məhv edib.

 

Bununla yanaşı, Ukrayna ordusu tərəfindən 202 (+3) helikopter , 828 (+9) əməliyyat-taktiki səviyyəli PUA , 196 (+0) qanadlı raket, 15 (+0) gəmi və qayıq məhv edilib.

 

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Xəbəri paylaş: