Xankəndini Ermənistanla birləşdirən yeni yol istifadəyə verildi

img

Xankəndini Ermənistanla birləşdirən və Laçın şəhərindən yan keçən yeni Şuşa-Gorus avtomobil yolu bu gündən hər iki istiqamətdə açıqdır.

Rezonans.az
xəbər verir ki, bu barədə Qarabağdakı separatçıların nümayəndəsi Ermənistanın “Nyus.azm” agentliyinə bildirib.

O deyib ki, vətəndaşların sərbəst və təhlükəsiz hərəkəti Rusiya sülhməramlıları tərəfindən təmin edilir.
 

Azərbaycan tərəfi Laçın şəhərinə daxil olmayan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlamışdı.

Rəsmi məlumata görə, yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (onun 10 kilometri Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib.

Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr təşkil edir.

Xəbəri paylaş: