
Türkiyənin Pamukkale vilayətində ağır yol qəzası baş verib.
Rezonans.az xəbər verir ki, Antalyadan İstanbul şəhərinə gedən sərnişin avtobusu aşıb. Avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində azı 28 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.Sərnişinlərdən bəziləri xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.