Bayden BMT Baş Assambleyasında iştirak edəcək

img

ABŞ prezidenti Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrda Nyu-Yorka gedəcək.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunur ki, sentyabrın 18-də prezident Bayden Nyu-Yorka gedəcək. 

 

BMT Baş Assambleyasının iclası sentyabrın 20-dən 26-dək baş tutacaq. Baş Assambleyanın iclasında prezidentlər, baş nazirlər və nazirlər iştirak edirlər.

Xəbəri paylaş: