Bakıda ana övladları ilə birlikdə itkin düşdü

img

Bakıda ana övladları ilə birlikdə itkin düşüb.

 

Rezonans.az Report-a istinadən bildirir ki, hadisə avqustun 24-də Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb.

 

Belə ki, 1988-ci il təvəllüdlü Ələkbərova Aytən Ziyabi qızı övladları - 2009-cu il təvəllüdlü Ayan Ələkbərova və 2014-cü il təvəllüdlü Məhəmmədəli Ələkbərzadə ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

Xəbəri paylaş: