Çin ABŞ-a növbəti dəfə xəbərdarlıq edib

img

Çin amerikalı siyasətçilərin Tayvana səfərləri ilə bağlı ABŞ-a növbəti dəfə xəbərdarlıq edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə Çin hökumətinin rəsmi nümayəndəsi Ma Xiaoguang məlumat verib.

 

O qeyd edib ki, Çin ABŞ senatoru Marş Blekbernin adaya səfərinə kəskin etiraz edir. 

 

"Tayvanın qondarma müstəqilliyi üçün təxribatlar və xarici siyasi qüvvələrin dəstəyini qazanmaq cəhdləri qaçılmaz olaraq iflasa məhkumdur”, - bəyanatda deyilir.

 

Rəsmi nümayəndə bildirib ki, ABŞ hökumət nümayəndələrinin Taypeyə qeyri-rəsmi səfərləri iki ölkənin ikitərəfli razılaşmalarını ciddi şəkildə pozur.

Xəbəri paylaş: