3 yaşlı uşaq atasını öldürdü

img

Türkiyədə 3 yaşlı uşaq atasını öldürüb.

 

Rezonans.az xəbər verir ki, hadisə Türkiyənin Kayseri vilayətində baş verib.

 

Məlumata görə, 3 yaşlı uşaq tapança ilə oynayarkən qəfil açılan atəş 24 yaşlı atasının başını hədəf alıb.

 

Hadisə Kayserinin Melikqazi rayonunun Fatih Məhəlləsi - Qurbanlı prospektində 5 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib.

 

Hadisə yerinə təcili tibbi yardım maşını gəlsə də, 24 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri paylaş: