Pakistan Azərbaycana TƏŞƏKKÜR ETDİ

img

Pakistan İslam Respublikasının xarici işlər naziri Bilaval Bhutto-Zərdari Azərbaycana təşəkkür edib.

 

Rezonans.az xəbər verir ki, nazir bu barədə tviter hesabında paylaşım edib.

 

"Pakistanda daşqından zərər çəkənlərə yardım elan etdiyinə görə Azərbaycana təşəkkür edirik",- paylaşımda deyilir.

 

Qeyd edək ki, Pakistanda daşqınlara görə Azərbaycan prezidentinin tapşırığına əsasən, hökumət daşqınlardan zərər çəkənlərə 2 milyon ABŞ dolları məbləğində yardım elan edib.

Xəbəri paylaş: