4 milyona yaxın ukraynalı Polşadan qayıtdı

img

Fevralın 24-dən bəri Ukraynadan Polşaya 5,8 milyondan çox insan gedib, əks istiqamətə təxminən 4 milyon nəfər qayıdıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrinform agentliyi Polşa sərhəd xidmətinə istinadla məlumat yayıb.

 

“Rusiyanın Ukraynaya hücumunun başlanğıcından bəri polşalı sərhədçilər Ukraynadan 5 milyon 835 nəfərin gəlişini qeydə alıblar, sərhədin əks tərəfinə 3 milyon 996 min nəfər keçib”, - məlumatda deyilir.

 

Son günlər geri qayıdanların sayı gələnlərin sayını üstələyir. Belə ki, avqustun 26-da Polşaya 24,8 min ukraynalı gəldiyi halda, geri dönənlər 33,2 min nəfər olub.

Xəbəri paylaş: