Maqnit qasırğası gözlənilir

img

Avqustun 28-i və 29-da maqnit qasırğası baş verəcək. 

 

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, Yer kürəsini iki günlük maqnit tufanı bürüyəcək.

 

Qasırğa öz gücü baxımından zəif olacaq. Həmçinin, sentyabrın 3-dən 5-dək daha bir maqnit qasırğası gözlənilir. Sentyabrın 6, 7 və 8-də Günəşin aktivliyi adi haldan bir qədər yüksək olacaq.

 

Onu da bildirək ki, maqnit qasırğaları Günəşin səthindəki partlamalar nəticəsində Yerin maqnit sahəsində yaranan pozğunluqlardır.

Xəbəri paylaş: