Barjomidəki meşə yanğınlarından SON XƏBƏR

img

Gürcüstanın Borjomi bələdiyyəsində baş verən yanğının söndürülməsi prosesi son mərhələyə keçib.

 

Rezonans.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Nazirlikdən verilən məlumata görə, hazırda bir neçə yerdə qalan kiçik həcmli aktiv yanğınların söndürülməsi davam etdirilir. Bunun üçün ağır texnikanın köməyi ilə yollar salınır və qalan mərkəzlərə yolların çəkilməsi prosesi davam edir.

 

Bildirilib ki, aviasiya səhər saatlarından etibarən yenidən lokallaşdırma və yanğının söndürülməsi işlərini davam etdirir.

 

Gecə boyu Daxili İşlər, Müdafiə nazirliyi, Regional İnkişaf və İnfrastruktur nazirliklərinin müxtəlif struktur bölmələrinin, eləcə də Ekologiya və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətlərinin əməkdaşları Borjomi bələdiyyəsində yanğınların lokallaşdırılması və söndürülməsi işlərini davam etdiriblər.

Xəbəri paylaş: