
"İran Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir".
Rezonans.az xəbər verir ki, bunu İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi tviter paylaşımında deyib.
"Amma müxtəlif ölkələr ikitərəfli və regional müzakirələrdə öz maraqlarını başqa ölkələrin maraqlarına zidd irəli sürməməlidir. 30 ildir ki, İran torpağı Azərbaycanı Naxçıvanla birləşdirən əsas yol olub və indi də belədir",- səfir qeyd edib.