Sumqayıtda meyit tapıldı

Sumqayıtda meyit tapıldı

Sumqayıtda meyit aşkarlanıb.

 

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, şəhərdə 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbəri paylaş: