
ABŞ hökuməti vətəndaşlara pulsuz koronavirus testləri verməyi dayandırır.
Rezonans.az xəbər verir ki, bu barədə pulsuz testlərin verildiyi saytda məlumat yayıb.
Pulsuz testlərin ləğv edilməsinə səbəb Konqresin bu testlər üçün pul ayırmamasıdır.
Qeyd olunan sayt vasitəsilə amerikalılar evdə istifadə üçün pulsuz testlər sifariş etmək imkanı əldə edib.