
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəni təbrik edib.
Rezonans.az xəbər verir ki, bu barədə nazir tviter hesabında təbrik mesajı paylaşıb.
"Qardaş Türkiyəni 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə ürəkdən təbrik edir və Türkiyənin müstəqilliyinin hər zaman möhkəm və sarsılmaz olmasını diləyirik", - təbrikdə deyilir.