
Azərbaycan Müdafiə Nazirliyi sosial şəbəkə vasitəsilə Türkiyəni 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik edib.
Rezonans.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Ulu öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" fəlsəfəsi üzərində qurulan Türkiyə-Azərbaycan münasibətləri əzəli və əbədidir. Qardaş və dost ölkə Türkiyəmiz, Zəfər bayramını təbrik edirik!".