Türkiyədə "Texnofest" başlayır

img

Türkiyənin Samsun şəhərində dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST başlayıb.

 

Rezonans.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, festivalı izləmək üçün ölkə daxilindən və xaricdən minlərlə insan toplaşıb.

 

Festival çərçivəsində 30 avqust-4 sentyabr tarixlərində müxtəlif şoular və texnologiya müsabiqələri keçiriləcək.

 

TEKNOFEST-də yerli pilotsuz döyüş vasitələri, helikopter və reaktiv təyyarələr, dövlət qurum və təşkilatları tərəfindən istehsal olunan elektriklə işləyən avtomobillər sərgilənir.

 

Tədbirdə Türkiyə Hərbi Hava Qüvvələrinə bağlı Türk Ulduzları və Solo Türk Samsun səmasında nümunəvi uçuş həyata keçirəcək.

Xəbəri paylaş: