Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən “Ayrı-seçkilik nədir?” mövzusunda tədbirlər təşkil olunub

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Şəki rayonunun Cəfərabad, Küdürlü, Oğuz rayonunun Bayan, Qəbələ rayonunun Xırxatala və Balakən rayonunun Katex kəndlərində  yerli icra və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarının, habelə sakinlərin iştirakı ilə “Ayrı-seçkilik nədir?” adlı hüquqi maarifləndirmə tədbirləri keçirilib. 


Rezonans.az xəbər verir ki, Ombudsmanın  Şimal-Qərb Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov  tədbirlərdə çıxış edərək, insan hüquqlarının pozuntusu olan ayrı-seçkiliyin mahiyyəti və müxtəlif formaları barədə məlumat verib. O, bu sahədə hüquqi maarifləndirmənin əhəmiyyətini qeyd edərək, Ombudsman təsisatının beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində Avropa Şurası ilə bu istiqamətdə səmərəli əlaqələr qurduğunu vurğulayıb.Bununla yanaşı, ayrı-seçkiliklə mübarizə sahəsində milli qanunvericilik aktlarında, habelə qəbul edilmiş beynəlxalq sənədlərdə əks olunmuş müddəalar diqqətə çatdırılıb.

Xəbəri paylaş: