Ov edən şəxslər cəzalandırıldı

img

Korçay Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində ov edən şəxslər saxlanılıb.

 

Bu barədə Rezonans.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

 

Xidmətin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Vüsal Məbudov, Tural Süleymanov, Fariz Mahmudov və Azər Əzizov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Xəbəri paylaş: