
Rusiyanın “Utair” aviaşirkəti sentyabrın 7-dən başlayaraq Sankt-Peterburqdan Bakıya əlavə reys həyata keçirəcək.
Rezonans.az TASS-a istinadən xəbər verir ki, aviaşirkət “Pulkovo” hava limanından Bakıya uçuşların sayını həftədə 4 dəfəyə çatdıracaq.
Məlumata görə, sentyabrın 7-dən əlavə reys açılacaq.
Qeyd edək ki, hazırda aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək.