82 avtobus ünvana GECİKİR

img

Paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 31 müntəzəm marşrut xətti üzrə 82 avtobusun hərəkət intervalında gecikmələr var.

 

Vahid Dispetçer Xidmətindən Rezonans.az-a verilən məlumata görə, aşağıdakı avtobus marşrutları gecikmə ilə hərəkət edir:

 

1. Bakı - Sumqayıt şosesi -  Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 11-14 dəqiqə gecikmə müşahidə olunur. 

 

2. Binəqədi şosesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.

 

3. Ziya Bünyadov prospekti 20 yanvar dairəsi istiqamətində 9, 7A, 7B, 67, 85, 199, 211 nömrəli marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

 

4. Zabrat Şosesi - Maştağa istiqamətində - Bu səbəbdən də həmin ərazidən keçən 40, 131, 163, 216, 217, M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda  10-15  dəqiqəyə gecikmə müşahidə olunur.

Xəbəri paylaş: