Türkiyədə ağır qəza - 8 nəfər öldü, yaralılar var

img

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Rezonans.az xəbər verir ki, hadisə Sivas-Malatya avtomobil yolunda qeydə alınıb.

 

İlkin məlumata görə, sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb. Yaralılardan biri xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla da ölü sayı 8-ə çatıb. 

 

Hadisə yerinə polis, jandarmeriya əməkdaşları, yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.

 

Faktla əlaqədar araşdırma aparılır.

Xəbəri paylaş: