Bu il neçə subbakalavr tələbə adı qazanıb?

img

"Bu il təxminən 4900 subbakalavr ali məktəbə qəbul olub".

 

Rezonans.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

 

DİM sədri bu il subbakalavrların qəbul göstəricisinin əvvəlki illə müqayisədə az olduğunu söyləyib:

 

"Keçən il bu rəqəm təxminən 5300 idi. Bu il qəbul göstəricisi nisbətən azdır. Amma ikinci yerləşdirmədə onların şansları yenə də var. Müvafiq ixtisasları seçərək müsabiqədə iştirak edə bilərlər".

Xəbəri paylaş: