ABŞ-dan Rusiya və Çinə qarşı daha bir qadağa

img

ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi administrasiya Rusiya və Çinə mürəkkəb kompüter çiplərinin satışına yeni məhdudiyyətlər tətbiq edib.

 

Rezonans.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, qadağalar "Nvidia" və "Advanced Micro Devices" şirkətlərinin istehsal etdiyi çip modellərinə təsir edəcək.

 

Qadağan edilən çip modelləri əvvəllər video oyunların inkişafı üçün nəzərdə tutulmuşdu, lakin sonradan onlar superkompüterlərdə geniş istifadə olunmağa başlandı.

 

Bayden administrasiyası hesab edir ki, Rusiya və Çin texnologiyadan insanlara casusluq etmək, foto və videolardan insanların üzlərini müəyyən etmək, eləcə də hərbi məqsədlər üçün istifadə edə bilər.

Xəbəri paylaş: