Futbol Federasiyasına silahlı hücum edildi

img

Türkiyə Futbol Federasiyasının binasına silahlı basqın edilib.

 

Rezonans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Riva bölgəsində baş verib.

 

Hücum TFF-də İdarə Heyətinin iclası zamanı baş verib. Binaya 5 güllə dəyib. Güllələrdən biri Hamit Altıntopun başının üzərindən keçib.

 

Basqın zamanı ölən və yaralanan olmayıb. Polis kamera qeydlərini nəzərdən keçirir.

Xəbəri paylaş: