Ərdoğandan yeni konstitusiya çağırışı

img

Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və artıq dövrümüzün çağırışlarına cavab vermir.

 

Rezonans.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Konstitusiya layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.

 

“Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik. Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - deyə Ərdoğan qeyd edib.

Xəbəri paylaş: