Mən hələ də öz üzərimdə işləməliyəm - Putin

img

Özümü nizam-intizamlı insan adlandıra bilmərəm.

 

Rezonans.az xəbər verir ki, bunu Kalininqradda çıxışı zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin deyib.

 

O, öz üzərində işləməyi zəruri hesab edir.

 

“Bilirsiniz, deyə bilmərəm ki, mən ən nizam-intizamlıyam, mən hələ də öz üzərimdə işləməliyəm, bu, tamamilə göz qabağındadır”, - Putin bildirib.

 

O qeyd edib ki, uğur qazanmaq üçün nizam-intizam vacibdir, ancaq nizam-intizam təkcə kifayət deyil, məqsədə çatmaq üçün daxili motivasiya, tapşırıq və problemlərin geniş dərk edilməsi, həmçinin daxili emosional əhval-ruhiyyə və məsuliyyət lazımdır.

Xəbəri paylaş: