Xırdalanda yaşayış kompleksində yaşayan sakinlər təxliyə OLUNUB - YENİLƏNİB

img

Xəbər verdiyimiz kimi, Xırdalanda AAAF yaşayış kompleksində yanğın olub.

Rezonans.az oxu.az-a istinadən xəbər verir ki, FHN-nin yanğından mühafizə bölmələrinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Binada yaşayan sakinlər təxliyə olunub.

xxx

23:42

Xırdalanda partlayış olub.

Rezonans.az report-a istinadən xəbər verir ki, hadisə AAAF Park Yaşayış Kompleksində qeydə alınıb.

Məlumata görə, kompleksdə məxsus elektrik lövhəsində əvvəlcə tüstülənmə, sonra partlayışla müşahidə edilən yanğın olub.

Qeyd edilir ki, yanğının genişlənməsinin qarşısı alınıb. Yaşayış binalarına elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Xəbəri paylaş: