
Sosial şəbəkələrdə video müraciətlər yayaraq Füzuli rayonunda məmurların himayə etdiyi qoçu dəstələri tərəfindən evinə hücum edildiyini, evinin dağıdıldığını bildirən saxta Qarabağ qazisi Əsədov Elçin Oqtay oğlu həbs edilib.
Füzuli rayon İcra hakimiyyətindən Rezonans.az-a bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunub ki, Elçin Əsədovun yaşadığı evə heç bir hücum olmamış, evə hücum olması, ev əşyalarının sındırılması və dağıdılması görüntüsünü Elçin Əsədov özü qəsdən yaradıb.
Elçin Əsədov barəsində başlanılmış inzibati xəta haqqında iş baxılmaq üçün Füzuli rayon Məhkəməsinə göndərilib. Füzuli rayon Məhkəməsi Elçin Əsədovu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilərək həps edib.
Qeyd edək ki, Elçin Əsədov vaxtaşırı sosial şəbəkələrdə Qarabağ müharibəsi qazisi adından istifadə edərək video müraciətlər yaymaqla rayonun məmurlarını, iş adamlarını şantaj etməklə maddi qazanc əldə etməklə məşğul olub.