ABŞ Konqresindən Azərbaycana qarşı TƏXRİBAT

img

ABŞ Konqresi tərəfindən Azərbaycanın ərazi bötövlüyünə qarşı təxribat törədilib.

 

Rezonans.az xəbər verir ki, ABŞ konqresinin Erməni İşləri Komitəsinin üzvləri Frenk Fallon, Qus Bilirakis, Ceki Spir, Devid Valdao və Adam Şiff erməni separatçılarının rəhbəri Arayik Arutyunyana təbrik məktubu göndəriblər.

 

Sözügedən məktubda Azərbaycanla bağlı təxribat və böhtan xarakterli fikirlər yer alıb.

 

“Amerika Birləşmiş Ştatları Konqresi hər zaman sizə öz dəstəyini göstərir. Azərbaycandan gələn təhdidlər və davam edən çağırışlara dözümlülük göstərirsiniz, sizin yanınızdayıq. Biz ABŞ hökumətini 2020-ci ildə hücuma və bu günə qədər davam edən ölümcül hərəkətlərə görə Azərbaycan və Türkiyə rejimlərini cəzalandırmaq üçün bütün mövcud diplomatik tədbirlərdən istifadə etməyə çağırırıq. Sizinlə işləməyi səbirsizliklə gözləyirik” - Arutyunyana göndərilən məktubda deyilir.

 

Məktubun mətnindən göründüyü kimi, amerikalı konqresmenlər erməni separatçılarına aşkar çəkildə dəstək verərək, Azərbaycanın ərazi bütövlüyünə qarşı olduqlarını nümayiş etdiriblər. 

Xəbəri paylaş: